İranın Gürcüstandakı səfirliyinin pəncərəsi sındırılıb, bir nəfər saxlanılıb

İranın Gürcüstandakı səfirliyinin konsulluq şöbəsinin pəncərələrindən birinin şüşəsi sındırılıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə İranın Gürcüstandakı səfiri Əli Moujani məlumat yayıb.

O, insidentin ötən gecə baş vediyini və faktla bağlı İran vətəndaşının saxlanıldığını bildirib.

Səfir qeyd edib ki, yerli qanunvericiliyə uyğun olaraq saxlanılan şəxs 6 ay müddətinə həbsə alınacaq, daha sonra Gürcüstandan deportasiya olunacaq və ölkəyə girişi qadağan ediləcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir