Peskov BRİCS ölkələrinin İrana yardım göstərib-göstərməyəcəyi haqda danışıb

Rusiya ABŞ-İran danışıqlarında irəliləyiş barədə məlumatlara baxmayaraq, vəziyyətin açıq şəkildə aqressiya həddinə çatdığından məyusluğunu ifadə edir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O həmçinin qeyd edib ki, Rusiya Yaxın Şərqdəki münaqişənin toxunduğu ölkələrin, eləcə də Fars körfəzi dövlətlərinin rəhbərliyi ilə əlaqə saxlamağa davam edir.

Kremlin rəsmisi vurğulayıb ki, hazırda BRICS ölkələri ilə İranla bağlı heç bir təmaslar yoxdur və təşkilata üzvlük təcavüz zamanı qarşılıqlı yardım göstərmək öhdəliklərini əhatə etmir.

Peskov Prezident Vladimir Putinin bu gün İran ətrafındakı vəziyyətlə bağlı beynəlxalq telefon danışığı aparacağını da bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir