İranı hədəf alan yeni bir müharibə heç kimə qazanc gətirməyəcək, əksinə bölgə uduzacaq.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiyadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O deyib ki, Türkiyə sülh üçün zəmin yaradan dövlət mövqeyindədir.
Ərdoğan qeyd edib ki, Türkiyə İranla ABŞ arasında mövcud problemlərin dialoq yolu ilə həllini istəyir və hər iki ölkə ilə ən yüksək səviyyədə təmaslar davam edir. O, bu kontekstdə İran və ABŞ prezidentləri ilə danışıqlar apardığını xatırladıb.
Türkiyə lideri həmçinin qeyd edib ki, Ankara İrana qarşı hərbi müdaxiləyə qarşı olduğunu bütün tərəflərin diqqətinə çatdırıb. Onun sözlərinə görə, hərbi gərginlik və artan təzyiq bölgəni daha böyük qeyri-müəyyənliyə sürükləyə bilər.
Azinformasiya.az