AAYDA-nın sabiq sədri Saleh Məmmədovdan qalan “irs”

Maştağada biabırçı yol problemi: Savalan ərazisində sakinlər palçıq içində yaşayır.

 

Azinformasiya.az  xəbər verir ki, Maştağa qəsəbəsi ərazisində, Savalan massivində yerləşən Odlar yurdu küçəsi ilə 52-ci Kürdəxanı küçəsinin kəsişməsi sakinlərin sözün əsl mənasında palçıqla imtahanına çevrilib.
Yağışlı havadan sonra sözügedən ərazi keçilməz vəziyyətə düşür. Asfalt örtüyü olmayan torpaq yol dərin izlərlə, çuxurlarla və palçıq qatları ilə örtülür. Nə avtomobillərin normal hərəkəti mümkündür, nə də piyadaların gediş-gəlişi. Sakinlər bildirirlər ki, hər yağışdan sonra yol bataqlığa çevrilir və gündəlik həyat iflic olur.
Ərazidə yaşayış evlərinin olmasına baxmayaraq, elementar infrastruktur təmin edilməyib. XXI əsrdə paytaxt ərazisində insanların hələ də palçıq yollarla üz-üzə qalması ciddi suallar doğurur.
Əhali məsul qurumlardan təcili şəkildə yolun asfaltlanmasını və problemin köklü həllini tələb edir.
Savalan ərazisində yaranmış bu vəziyyət nə vaxt aradan qaldıralacaq? Sakinlər cavab gözləyir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir