“Sentyabrın 27-də başlamış Vətən müharibəsində Hərbi liseyin 60 nəfərlik zabit heyəti döyüş əməliyyatlarında iştirak edib”.
Azinformasiya.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi, general-mayor Bəkir Orucov deyib.
“Onlardan 3 nəfəri yaralanıb, 1 nəfər zabitimiz – mayor Asiman Əliyev isə şəhid olub. Liseyin məzunlarından 18 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adı, 100-lərlə məzun olan zabitlərimiz isə orden və medallarla təltif olunub”, – general-mayor əlavə edib.