Bakıda 20 yaşlı Sevil Atakişiyevanın intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, S.Atakişiyevanın fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilən binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanan materiallar əsasında Xətai Rayon Prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
“Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirləri həyata keçirillir”, – Baş Prokurorluqdan bildirilib.