İran XİN rəhbəri: ABŞ-la danışıqlar yaxşı başlanğıcdır, müzakirələr davam etdiriləcək

İran və ABŞ arasında danışıqlar müsbət atmosferdə keçib.

 

Azinformasiya.az  xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi ABŞ-la nüvə danışıqlarından sonra yerli mediaya açıqlamasında deyib.

O, danışıqları yaxşı bir başlanğıc kimi dəyərləndirib.

Nazirin sözlərinə əsasən, hər iki tərəf öz fikirlərini müsbət şəraitdə mübadilə edə bilib.

“Yaxşı başlanğıc idi. Bu, belə də davam edə bilər. Müzakirələrin davam etdirilməsi barədə razılığa gəldik. Lakin zaman və məkan tərəflərin paytaxtında müəyyən olunacaq”, – Əraqçi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir