Tovuzda yanğın hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində baş verib. Yanğın baş verən evdə kişi meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Meyiti tapılan şəxsin 1942-ci il təvəllüdlü C.Kazımov olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az