Mingəçevirdə ana və üç azyaşlı övladı dəm qazından zəhərlənib

Mingəçevirdə ana və üç övladı dəm qazından zəhərlənib.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə H.Əliyev prospektində yerləşən mənzillərdən birində qeydə alınıb.

Belə ki, 38 yaşlı Nübar Yusifova, övladları 16 yaşlı D.Yusifli, 12 yaşlı N.Yusifli ( hər ikisi qız) və 10 yaşlı E.Yusifli dəm qazından zəhərlənmə diaqnozu ilə şəhər mərkəzi xəstəxanasına çatdırılıblar.

Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir