Putin Si Cinpinlə İran və Venesueladakı vəziyyəti müzakirə edib

Rusiya Çinə neft və boru kəməri ilə qazın ixracında ilk yeri tutur.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putin-Si Cinpin danışıqları ilə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə əsasən, danışıqlar məzmunlu olub: “Dövlət başçıları İran, Venesuela və Kuba ilə bağlı vəziyyəti müzakirə ediblər. Moskva və Pekinin beynəlxalq məsələlərin böyük əksəriyyəti üzrə mövqeləri yaxındır və ya tamamilə üst-üstə düşür”.

Uşakov Putin və Si Cinpinin ABŞ-la münasibətləri müzakirə etdiklərini də qeyd edib: “Rusiya və Çinin bir çox məsələlərdə yanaşmaları üst-üstə düşür. İki ölkənin tərəfdaşlığı görünməmiş səviyyədədir və heç kimə qarşı yönəlməyib”.

Putinin köməkçisi bildirib ki, Si Cinpin Əbu-Dabidə Ukrayna ilə bağlı davam edən danışıqları dəstəkləyib.

O, Si Cinpinin Putini ilin birinci yarısında Çinə rəsmi səfərə dəvət etdiyini, Rusiya Prezidentinin isə dəvəti qəbul etdiyini vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir