Rəsmi Moskva Rutteyə cavab verib: Ukraynaya yeridiləcək qoşunlar qanuni hədəf sayılacaq

NATO Ukraynaya açıq hərbi müdaxilə planlaşdırır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə NATO Baş katibi Mark Ruttenin sülh müqaviləsindən sonra Qərb silahlı qüvvələrinin Ukraynada peyda olacağını bildirən açıqlamasına münasibət bildirərkən deyib.

Zaxarova qeyd edib ki, sülh müqaviləsindən sonra Ukraynada “İstəklilər Koalisiyası”nın qoşunlarının olması Rusiya üçün qəti şəkildə qəbuledilməzdir.

“Moskva onlara qanuni hərbi hədəf kimi baxacaq”, – Rusiya XİN-in sözçüsü vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir