İsrailin müdafiə naziri İsrael Kats HAMAS-ı hədələyib.
Azinformasiya.az “The Times of Israel”ə istinadən verdiyi xəbər verir ki, Kats deyib ki, HAMAS razılaşdırılmış çərçivəyə uyğun olaraq tərksilah edilməsə, İsrail onu və onun bütün imkanlarını məhv edəcək.
Müdafiə naziri İsrailin HAMAS-ı tərksilah etməkdə “qətiyyətli” olduğunu bəyan edib:
“Bütün girovlarımızı geri qaytarmaq məqsədimizə çatdıqdan sonra HAMAS-ın tərksilah edilməsini və Qəzzanın tam silahsızlaşdırılmasını tamamlamaq əzmindəyik”.
Azinformasiya.az