Zaqatalada yol qəzası olub, iki qardaş və daha iki nəfər xəsarət alıb

Zaqatalada yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda baş verib.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər – Aşağı Çardaqlar kənd sakinləri, 60 yaşlı Rəsul Bədirov, 23 yaşlı Məhəmməd Osmanov, 28 yaşlı Səbuhi Sofiyev və onun 25 yaşlı qardaşı Vasif Sofiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

V.Sofiyev və R.Bədirovun müalicəsi xəstəxanada davam etdirilir. Digər iki nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir