Kreml amerikalı maliyyəçi Cefri Epşteyndən Prezident Vladimir Putinlə görüşmək üçün heç bir təklif almayıb.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov RTVI-nın sorğusuna cavab olaraq bildirib.
Qeyd edək ki, Putinin adı Epşteynin sənədlərində, əsasən maliyyəçi ilə həmsöhbətləri arasında mübadilə edilən xəbər məqalələrində dəfələrlə görünür. Epşteynin elektron poçtlarında, eyni zamanda onun 2011 və 2014-cü illər də daxil olmaqla, bir neçə dəfə Putinlə görüşməyə cəhd etdiyi, ancaq səylərinin uğursuz olduğu göstərilir.
Yanvar ayının sonunda ABŞ Ədliyyə Nazirliyi Cefri Epşteyn işi ilə bağlı daha 3 milyon səhifə sənəd, o cümlədən 2000-dən artıq video və 180 min foto yayımlayıb. Bəzi materiallar, eləcə də qurbanların şəxsi məlumatları redaktə edilib.
Azinformasiya.az