Zelenski: Rusiya bu gecə Ukraynaya qarşı 70-dən çox raket və 450 zərbə dronundan istifadə edib

Bölgələrdə Rusiyanın aviazərbələrinin nəticələrinin aradan qaldırılması davam edir.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib.

Onun sözlərin əsasən, Rusiyanın hədəfi “yenə də enerji obyektləri” olub.

“Rusiya bu gecə Ukraynanın mülki əhalisinə qarşı 70-dən çox raket və 450 zərbə dronundan istifadə edib”, – Zelenski qeyd edib.

Ukrayna lideri həmçinin qeyd edib ki, hava hücumundan müdafiə sistemləri üçün raketlərin vaxtında çatdırılması prioritetdir: “Rusiyaya təzyiq edilmədən bu müharibənin sonu olmayacaq. İndi Moskva terror və eskalasiyanı seçir və buna görə maksimum təzyiq lazımdır”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir