İsrail bütün ssenarilərə hazırdır.
Azinformasiya.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə çıxışında deyib.
“Bizə hücum edən istənilən tərəf dözülməz nəticələrlə üzləşəcək”, – Netanyahu xəbərdarlıq edib.
Qeyd edək ki, İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei ölkəsinə qarşı başladılan istənilən müharibənin təkcə İranla məhdudlaşmayacağı və regional xarakter alacağını vurğulayıb.
Azinformasiya.az