İranın cənubunda 5,2 bal gücündə zəlzələ baş verib

İranda episentri Buşehr əyalətinin Aseluye rayonunda yerləşən 5,2 bal gücündə zəlzələ yerli vaxtla saat 08:41-də qeydə alınıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, zəlzələ yerin 18 kilometr dərinliyində baş verib. Hadisə nəticəsində insan tələfatının olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir