Kürdəmirdə yol qəzası olub, piyada xəsarət alıb

Kürdəmirdə yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, rayonunun Qağacılı kənd sakini, 1970-ci il təvəllüdlü Ədalət Adil oğlu Həmidovun idarə etdiyi “Toyota” markalı avtomobillə Şilyan kənd sakini, 1988-ci il təvəllüdlü Rəşadət Vidadi oğlu Məmmədovun idarə etdiyi “VAZ-21099” markalı avtomobil toqquşub.

Toqquşmadan sonra “VAZ-21099” markalı avtomobil piyada, rayonun Şahsevən kənd sakini, 1964-cü il təvəllüdlü Fəzilə Həkimağa qızı Səlimovanı vurub. Ağır xəsarət alan F. Səlimova paytaxt xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir