Tovuzda 32 yaşlı şəxs kafedə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, rayon sakini 1994-cü il təvəllüdlü E. Bağırov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Əraziyə cəlb edilən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Düz Qırıqlı kənd sakini 1998-ci il təvəllüdlü Yusib Kərimov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir