Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb.
Azinformasiya.az xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər, o cümlədən bölgədə artan hərbi gərginlik müzakirə olunub.
Qeyd edək ki, İran xarici işlər naziri Abbas Əraqçi bu gün İstanbula səfər edib. İranlı nazir Türkiyə XİN rəhbəri Hakan Fidanla görüşəcək. Daha sonra Əraqçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.
Azinformasiya.az