Şəmkirdə 21 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
2005-ci il təvəllüdlü Ruhlan Məmmədov yaşadığı fərdi yaşayış evinin yataq otağında quraşdırılmış qazla işləyən “Ceyran” tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az