Kreml: Ukrayna üzrə mürəkkəb məsələlərin müzakirəsi irəliləyişdir

Kreml Əbu-Dabidə birbaşa təmasların başlamasını alqışlayır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, ekspert qrupları çərçivəsində iş davam edəcək.

Peskov vurğulayıb ki, Kreml Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqları müsbət qiymətləndirir və bu işi davam etdirmək barədə razılıq əldə edilib.

O, Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı mürəkkəb məsələlər üzrə müzakirələrin aparılmasını irəliləyiş kimi qiymətləndirib.

Kremlin rəsmisi vurğulayıb ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara açıqdır və irəliləyiş Moskvanın həmsöhbətlərinin nə qədər konstruktiv olmasından asılı olacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir