Əraqçi Trampa cavab verib: İran ABŞ-la danışıqlar üçün xahiş etməyib

İran ABŞ-la danışıqlar üçün heç bir təklif və ya xahiş irəli sürməyib.

 

Azinformasiya.az  xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib.

“ABŞ-la danışıqlar üçün heç bir xahişimiz olmayıb. Ancaq üçüncü tərəflər vasitəçilik üçün səy göstərir və biz onlarla əlaqədəyik”, – Əraqçi bildirib.

Nazir həmçinin qeyd edib ki, son günlərdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla əlaqə saxlamayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində “İran danışmaq istəyir, biz danışacağıq” bəyanatını səsləndirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir