Kreml: ABŞ Rusiyanın dondurulmuş aktivlərlə bağlı təklifinə hələ reaksiya verməyib

Kreml hələ də ABŞ-ın Rusiyanın dondurulmuş aktivlərdən 1 milyard dolları “Sülh Şurası”na köçürmək təklifinə reaksiyasını eşitməyib.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, bununla belə, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Moskvanın təklifini “maraqlı fikir” adlandırmasına diqqət çəkib.

Kremlin sözçüsü vurğulayıb ki, Rusiyanın məlum təklifi əməkdaşlıq üçün yeni üfüqlər açır.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na Rusiyanın ABŞ banklarındakı dondurulmuş vəsaitlərindən 1 milyard dollar ayırmağa hazır olduğunu açıqlayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir