2023-cü il oktyabrın 7-dən İran tərəfindən müstəqilliyimizə qarşı bəzi təsirlər olub.
Azinformasiya.az xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
XİN başçısı bildirib ki, ABŞ Prezidenti İrana qarşı bəzi tədbirlərin vacibliyi barədə açıqlama verib.
Gideon Saar vurğulayıb ki, İran vətəndaşlarının kütləvi şəkildə öldürülməsini əks etdirən fotolar yayılır: “İranda mövcud rejim öz insanlarını öldürür. Onlardan digər ölkələrə qarşı necə münasibət gözləmək olar?! Heç vaxt imkan vermək olmaz ki, nüvə silahı onların əlində olsun”.
Azinformasiya.az