Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İsrail xarici işlər naziri Gideon Saar arasında geniş ikitərəfli görüş keçirilib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik daxil olmaqla geniş sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb və əməkdaşlıq üçün yeni yolların araşdırılmasında qarşılıqlı marağı vurğulayıblar.
Nazirlər, eyni zamanda, beynəlxalq və regional əhəmiyyətli məsələlərə toxunublar.
Onlar öz regionlarında və kənarda sülhə, inkişafa və rifaha töhfə verməyin vacibliyini vurğulayıblar.
Hər iki nazir Azərbaycan-İsrail tərəfdaşlığını daha da dərinləşdirmək əzmində olduqlarını bildiriblər.
Azinformasiya.az