İsrailin xarici işlər naziri Gideon Saar Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə nazirin “Facebook” səhifəsində məlumat verilib.
“Qarabağ müharibələrində həlak olanların, o cümlədən “Qara Yanvar” qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına ziyarət zamanı Birinci Qarabağ müharibəsində tank zabiti kimi xidmət edərkən həlak olmuş yəhudiəsilli əsgər Albert Aqarunovun məzarı üzərinə və Bakıdakı Zəfər parkına əklil qoydum.
Albert Aqarunov vəfatından sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib və Şəhidlər xiyabanında dəfn olunub. Onun dəfn mərasimində ravvinlərlə yanaşı müsəlman din xadimləri də iştirak ediblər”, – nazirin sosial şəbəkə hesabında bildirilib.

Azinformasiya.az