Rusiyanın hücumu nəticəsində “Roshen”in Kiyevdəki fabriki zərər görüb

Rusiya ordusunun Kiyevə endirdiyi zərbə nəticəsində paytaxtda yerləşən “Roshen” şirkətinin konditer fabrikinə ziyan dəyib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Kiyev üzrə Fövqəladə Hallar Dövlət Xidmətinə istinadən məlumat yayıb.

Məlumata əsasən, konditer fabrikinin yuxarı mərtəbəsi zədələnib. Hücum nəticəsində bir nəfər həlak olub, daha iki nəfər isə xəsarət alıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir