Avropa liderləri ABŞ Prezidentinin yanında sinələrini simvolik olaraq qabardırlar.
Azinformasiya.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Newsmax”a müsahibəsində deyib.
“Avropalı liderlər prezident Trampın yanında simvolik olaraq sinələrini qabardırlar və ümum daxili məhsulun 3%-ni hərbi xərclər üçün sərf etməyəcəklərini deyirlər. Lakin əlbəttə ki, onlar ÜDM-in 5%-ni müdafiə məsələləri üçün xərcləyirlər. Onların çoxu siyasət oyunu oynayırlar. Prezident Trampın xoşuma gələn cəhəti də budur ki, o, onların bu hərəkətinə məhəl qoymur və öz işini görür”, – ABŞ-ın vitse-prezidenti bildirib.
Azinformasiya.az