Zelenski: Ukrayna Avropanın birləşmiş qüvvələrinin əsasını təşkil edə bilər

Rusiya ilə müharibə bitdikdən sonra Ukrayna Avropanın birləşmiş qüvvələrinin əsasını təşkil edə bilər.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

“Bizim ən böyük və müharibə təcrübəsinə malik ordumuz var. Avropanın birləşmiş qüvvələrinin əsasını məhz Ukrayna ordusu təşkil edə bilər. Bunun üçün bir neçə addım atmaq lazımdır, ancaq hazırda buna vaxtımız yoxdur”, — Prezident bildirib.

Zelenski, həmçinin qeyd edib ki, bu addımlar arasında hüquqi və bürokratik prosedurlar, eləcə də maliyyə resurslarının cəlb olunması var.

“Buna vaxtımız yoxdur, çünki diqqətimiz cəbhədədir. Müharibə bitər-bitməz biz bu struktura mütləq qoşularıq. Avropanın indi edə biləcəyi isə maliyyə bazasını hazır etməkdir”, — o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir