Bakı Dəmiryolu Vağzalında 48 yaşlı kişi ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.
Məlumata əsasən, Bakı Dəmiryolu Vağzalının girişində Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Aydın Məmmədov yıxılaraq ölüb. Onun ölüm səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az