Rusiya XİN: Bir vaxtlar çiçəklənən Moldova indi tam Aİ kreditlərindən asılıdır

Moldovanın MDB üzvlüyünə xitam verilməsi üçün Kişinyov müəyyən edilmiş prosedurlardan keçməlidir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovanın MDB-dən çıxmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə əsasən, müqavilələrin denonsasiyası Moldovanın suveren hüququdur.

“Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Kişinyovun siyasəti Brüsselin istəkləri naminə vətəndaşların maraqlarına ziyan vurur. Moldova çətin sosial-iqtisadi vəziyyətdədir və indi tam Aİ kreditlərindən asılıdır. Bir vaxtlar çiçəklənən Moldova yoxsulluq və hüquqi zəiflik ərazisinə çevrilir”, – Rusiya XİN sözçüsü vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir