Naxçıvanda yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində qeydə alınıb.
Belə ki, “KİA” markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrutxətti üzrə hərəkət edən avtobus toqquşub.
Qəza zamanı Naxçıvan şəhər sakinləri – 1987-ci il təvəllüdlü Abdullayeva Təhminə Qəhraman qızı, 1981-ci il təvəllüdlü Qafarova Lamiyə Rüfət qızı və 1972-ci il təvəllüdlü Vəliyeva Vəfa Hüseyn qızı xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının təcili şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az