Zelenski: Ukrayna nümayəndə heyəti ABŞ-a səfərə yola düşüb

Ukrayna nümayəndə heyəti Ağ Ev rəsmiləri ilə görüşmək üçün ABŞ-a səfərə yola düşüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib.

Zelenskinin sözlərinə əsasən, Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Prezident Ofisinin rəhbəri Kirill Budanov və “Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri David Araxamiya daxildir, onlar hazırda yoldadır.

Səfərdə əsas məqsəd ABŞ-la birgə hazırlanmış sənədlər, eləcə də Rusiyanın buna verəcəyi cavabla bağlı fikir mübadiləsi aparmaqdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir