Danimarka MN: ABŞ-ın Qrenlandiyaya hücumu baş verərsə, hərbçilər atəş açacaq

Danimarka Müdafiə Nazirliyi ABŞ silahlı qüvvələrinin Qrenlandiyaya hücumu baş verərsə, ölkə hərbçilərinə cavab atəşi açmaq icazəsi verildiyini açıqlayıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə müdafiə nazirliyin nümayəndəsi Tobias Roed Yensen “The Intercept” nəşrinə müsahibəsində bildirib.

“Danimarka silahlı qüvvələri ölkə ərazisini qorumağa borcludur. Bu isə zərurət yarandığı halda dərhal müdafiə tədbirlərinin görülməsini, eləcə də cavab atəşinin açılmasını nəzərdə tutur,” – Yensen vurğulayıb.

Onun sözlərinə əsasən, Danimarka hərbçilərinə ölkə ərazisini müdafiə etmək hüququ 1952-ci ildə qəbul olunmuş kral fərmanı ilə verilib. Bu sənəd Danimarkanın bütün ərazilərinə, eləcə də Qrenlandiyaya da şamil olunur.

Yensen qeyd edib ki, sözügedən fərman hərbçilərə siyasi və ya hərbi rəhbərliyin ayrıca göstərişini gözləmədən ölkəni müdafiə etmək səlahiyyəti verir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir