Rusiya Daxili İşlər Nazirliyinin Komi Respublikasının Sıktıvkar şəhərindəki peşə təlim mərkəzində partlayış baş verib.
Azinformasiya.az yerli KİV-ə istinadən xəbər verir ki, bina qatı tüstü ilə dolub.
İlkin məlumatlara əsasən, yeddi nəfər yaralanıb, təxminən iki yüz nəfər təxliyə edilib.
Hadisə yerində təcili yardım xidmətləri və hüquq-mühafizə orqanları işləyir.
Azinformasiya.az