Kreml Trampın Ukraynada sülhə Zelenskinin maneə olması fikri ilə razıdır

Kreml Ukrayna sülh müqaviləsinə Rusiya tərəfini deyil, Volodimir Zelenskini maneə adlandıran Donald Trampla razıdır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Burada (Trampın dedikləri ilə-red) razılaşmaq olar. Bu, həqiqətən də belədir. Prezident Putin və Rusiya tərəfi açıqlığını qoruyur”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov qeyd edib ki, Kiyev üçün vəziyyət gündən-günə pisləşir və “qərar qəbuletmə dəhlizi daralır”.

“Biz keçən il prezidentin məsuliyyəti öz üzərinə götürməsinin və müvafiq qərar verməsinin vaxtı olduğunu demişdik. İndiyə qədər Kiyev bunu etməyib”, – deyə o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir