Dövlət Departamenti: ABŞ üçün “yük” ola biləcək əcnəbilərin ölkəyə girişinə icazə verilməyəcək

ABŞ 75 ölkənin vətəndaşları üçün Amerika vizası üzrə müraciətlərin icrasını müvəqqəti dayandırıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini Tommi Piqott açıqlama verib.

Məqsəd gələcəkdə ABŞ cəmiyyəti üçün sosial və iqtisadi yükə çevrilə biləcək şəxslərin ölkəyə buraxılmasının qarşısını almaqdır.

Onun sözlərinə əsasən, Dövlət Departamenti mövcud səlahiyyətlərindən istifadə edərək sonradan ABŞ üçün “yük” ola və sosial təminat sistemindən faydalana biləcək potensial immiqrantlara giriş hüququ verməyəcək.

“Dövlət Departamenti uzun müddətdir malik olduğu səlahiyyətlərdən istifadə edərək, Amerika xalqının səxavətindən sui-istifadə edəcək və ABŞ üçün yük olacaq potensial immiqrantlara giriş icazəsi verməyəcək”, – deyə Piqotr “Fox News” telekanalına bildirib.

O qeyd edib ki, adı çəkilən 75 ölkədən immiqrasiyanın müvəqqəti dayandırılması viza prosedurlarının yenidən qiymətləndirilməsi məqsədi daşıyır və gələcəkdə sosial müavinət və güzəştlərdən asılı vəziyyətə düşə biləcək xarici vətəndaşların ABŞ-a girişinin qarşısını almağa yönəlib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir