Qrenlandiya ABŞ-a milli təhlükəsizlik məqsədi üçün lazımdır.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da bildirib.
ABŞ lideri bəyan edib ki, Qrenlandiya “Qızıl Günbəz” müdafiə sistemi üçün həyati əhəmiyyətə malikdir: “NATO bu yolda liderlik etməlidir. Biz bunu etməsək, Rusiya, ya da Çin bunu edəcək”.
Trampın sözlərinə əsasən, bu, baş verməyəcək.
“Hərbi nöqteyi-nəzərdən yanaşsaq, mənim ilk prezidentlik dövrümdə ərsəyə gətirdiyim və indi də daha yüksək səviyyəyə qaldırdığım ABŞ-ın böyük hərbi dəstəyi olmasaydı NATO effektiv güc və çəkindirici qüvvə ola bilməzdi, heç buna yaxınlaşa da bilməzdi. Onlar bunu bilirlər, mən də bilirəm. NATO Qrenlandiyanın ABŞ-ın əlində olması ilə daha möhtəşəm və effektiv olacaq. Bundan az olan hər bir şey bizim üçün qəbuledilməzdir”, – Tramp vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın yeni nəsil hava və raketdən müdafiə sistemi olan “Golden Dome” (“Qızıl Günbəz”) 2028-ci ildə istifadəyə veriləcək.
Azinformasiya.az