Rəsmi Tehran: İran dialoqa da, müharibəyə də hazırdır

İran dialoqa hazırdır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Biz müharibə istəmirik. Lakin müharibəyə də tam hazırıq. Bizə qarşı təcavüzdən əvvəl qabaqlayıcı zərbə məsələsi gündəmdə deyil. İndi 12 günlük müharibədə olduğumuzdan daha hazırlıqlıyıq. Həmçinin müzakirələr üçün də hazırıq. Bir şərtlə ki, bu müzakirələr insafla, qarşılıqlı hüquq, hörmət və maraqlar çərçivəsində keçirilsin. Bu, diktə edən, əmr edən bir atmosferin olduğu dialoq olmamalıdır”, – Əraqçi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir