Türkiyə MN yenidən Suriyaya dəstək təklif edib

Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Suriyaya terrorla mübarizədə dəstək göstərməyə hazır olduğunu bəyan edib.

 

Azinformasiya.az  xəbər verir ki, Nazirliyin açıqlamasında Suriyanın müraciət edəcəyi təqdirdə lazımi dəstəyin göstəriləcəyi bildirilib:

“Ölkəmiz Suriyanın birliyi və ərazi bütövlüyü prinsipləri əsasında terror təşkilatları ilə mübarizəsini dəstəkləyir. Suriya tələb edərsə, Türkiyə lazımi dəstəyi göstərəcəkdir”, – açıqlamada qeyd olunub.

Qeyd edək ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) Hələbdə mülki yaşayış məntəqələrinə və Suriya ordusunun mövqelərinə təşkil etdiyi hücumlardan sonra başlayan toqquşmalar davam edir. Məlumata əsasən, SDQ-nin hücumları nəticəsində 5-i mülki şəxs olmaqla, ümumilikdə 6 nəfər ölüb. Bildirilir ki, bölgə sakinləri təhlükəsizlik məqsədilə təxliyə edilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir