ABŞ-ın Venesuelaya nəzarəti bir ildən çox çəkə bilər.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “The New York Times“a bildirib.
O deyib ki, Amerikanın Venesuela üzərində nəzarətinin nə qədər davam edəcəyini yalnız zaman göstərəcək.
ABŞ prezidenti bu zamanın 3-6 ay və ya 1 il çəkəcəyi ilə bağlı suala belə cavab verib: “Mən daha uzun müddət deyərdim”.
Tramp Venesuelanı qazanclı şəkildə yenidən quracaqlarını qeyd edib: “Neftdən istifadə edəcəyik və nefti götürəcəyik. Neft qiymətlərini aşağı salacağıq və Venesuela xalqına pul verəcəyik. Onların buna çox ehtiyacı var”.
Azinformasiya.az