Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani 18-19 fevral tarixində Azərbaycana rəsmi səfər edəcək.
Azinformasiya.Az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, XİN başçısı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.6
D.Zalkaliani həmçinin üçtərəfli formatda görüş çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə də görüş keçirəcək.
XİN-dən qeyd olunub ki, Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli formatı uğurlu regional əməkdaşlıq mexanizmidir.