“Avropa İttifaqından aramızdakı ticarətin mahiyyətini pozmamasını və tərəfdaşlıq öhdəliyinə sadiq qalmasını gözləyirik”.
Azinformasiya.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-ci ilin ixracat rəqəmlərini açıqlayarkən səsləndirib.
Ərdoğan Türkiyənin Avropa İttifaqına üzvlük məsələsinin vaxt itirmədən həll edilməli olduğunu bildirib: “Ümid edirik ki, Avropa İttifaqı Şurası zəruri qərarı qəbul edərək, daha çox vaxt itirmədən ölkəmizlə danışıqlara başlayacaq. Avropalı dostlarımızın iqtisadi təhlükəsizlik anlayışı çərçivəsində bəzi sahələrdə tətbiq etdikləri proteksionist tədbirləri və hüquqi hazırlıq proseslərini yaxından izləyirik. Avropa İttifaqından aramızdakı ticarətin mahiyyətini pozmamasını və tərəfdaşlıq öhdəliyinə sadiq qalmasını gözləyirik”.
Azinformasiya.az