Tovuzda iki maşın toqquşub, bir nəfər xəsarət alıb

Tovuzda qəza olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Tovuz şəhərinin Həzi Aslanov küçəsi ilə Nizami küçəsinin kəsişməsində baş verib.

Ağstafa sakini Kənan Salahov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olan “VAZ -2104” markalı avtomobillə toqquşub, “Opel” piyada səkisinə çırpılıb.

Hadisə nəticəsində “VAZ -2104” markalı avtomobilin sürücüsü 47 yaşlı rayon sakini Rauf Sadıqov xəsarət alıb, yaralı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir