Hindistanın cənub-qərbində yerləşən Karnataka ştatında ağır yol qəzası olub.
Azinformasiya.az “The India Times”a istinadən xəbər verir ki, sərnişin avtobusu ilə iri tonnajlı yük maşınının toqquşması nəticəsində azı 9 nəfər həlak olub, xeyli sayda xəsarət alan var.
Qəza nəticəsində avtobusda yanğın baş verib.
Hadisə zamanı avtobusda sürücü və bələdçi daxil olmaqla 32 nəfərin olduğu bildirilib.
Xəsarət alanların bir hissəsi xəstəxanalara yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Azinformasiya.az