Paşinyan Putinlə görüşdə “Tramp marşrutu”nun inşasından danışıb

Bakı ilə sülhün bağlanması İrəvan üçün Rusiya ilə münasibətlərdə yeni imkanlar açacaq.

 

Azinformasiya.az  Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.

Ermənistan Baş naziri Rusiya liderinə Ermənistanla Azərbaycan arasında sülh prosesini dəstəklədiyinə görə təşəkkür edib.

O, eyni zamanda Rusiyadan Azərbaycandan keçən qatarların Ermənistana gəlməyə başlamasını tarixi hadisə adlandırıb.

Paşinyan Putini TRIPP-nin inşası barədə də məlumatlandırıb. O qeyd edib ki, bu kontekstdə “Ermənistan və ABŞ arasında konstruktiv danışıqlar” gedir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir