İstanbulda COP31 üzrə Türkiyə–Azərbaycan məsləhətləşmələri keçirilib

İstanbulda COP31 üzrə Türkiyə–Azərbaycan məsləhətləşmələri keçirilib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva bildirib.

COP29-a ev sahibliyi edən Azərbaycanı Prezidentin İqlim Məsələləri üzrə Nümayəndəsi Muxtar Babayevin rəhbərliyi, eləcə də xarici işlər nazirinin müavini Yalçın Rafiyev də daxil olmaqla yüksək səviyyəli nümayəndə heyəti və ekspert qrupları təmsil edib.

Azərbaycanın COP31 prosesi çərçivəsində əldə etdiyi təcrübəni Türkiyə ilə bölüşməyə hazır olduğu bildirilib.

İclasda Azərbaycanın COP31-in uğurla təşkili üçün Türkiyə ilə sıx əməkdaşlığa sadiq olduğu vurğulanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir