Rusiya lideri Kalininqradla bağlı Avropanı hədələyib

Rusiya Prezidenti Vladimir Putin Avropa tərəfindən Kalininqrad blokadaya alınacağı təqdirdə Moskvanın reaksiyasını açıqlayıb.

 

Azinformasiya.az  xəbər verir ki, ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Putin Kalininqradın blokadaya almaq cəhdinin münaqişəni görünməmiş səviyyəyə qaldıracağını bildirib.

O qeyd edib ki, Kalininqradı blokadaya almaq cəhdi potensial olaraq tammiqyaslı hərbi münaqişəyə səbəb olacaq: “Əgər bu şəkildə təhlükə olarsa, bu təhdidləri aradan qaldıracağıq. Bunu hər kəs başa düşməlidir. Bu, münaqişəni tamamilə fərqli, tammiqyaslı səviyyəyə qaldıracaq”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir