Qusar rayonunda qətl hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə dekabrın 16-da səhər saatlarında rayonun Hil kəndinin ərazisində baş verib.
Evdə kənd sakini 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Polis tərəfindən keçirilən tədbirlərlə onu keçmiş əri kənd sakini 35 yaşlı Asif Təyibovun münaqişə zəminində boğması və kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürməsi müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az